Futbolçumuz Premyer Liqa klubu ilə anlaşdı » Median.Az News Agency


Futbolçumuz Premyer Liqa klubu ilə anlaşdı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton”a keçib.

Bu barədə xəbəri İngiltərənin “Birminqem Meyl” nəşri xəbər yayıb.

Yazı müəllifi Aleks Dikenin iddiasına görə, Portuqaliyanın “İştoril” klubu ilə gələn ilin yayına kimi müqaviləsi olan 20 yaşlı hücumçu “Vulverhempton”la anlaşıb. Ancaq müqavilənin müddəti göstərilməyib.

“Vulverhempton” klubu isə Renatı Portuqaliya elitasına yenicə vəsiqə qazanmış “Pasuj di Fireyra”ya icarəyə verib.

Qeyd edək ki, R.Dadaşov Almaniyada yaşayan azərbaycanlı ailədəndir. O, karyerasına Frankfurtun “Ayntraxt” klubunda başlayıb. Daha sonra “Leypsiq”ə keçən Dadaşov 2017-ci ildə yenidən “Ayntraxt”a qayıdıb. Ötən ilin yayından “İştoril”də çıxış edən Renat bu klubla iki illik müqavilə bağlayıb və Portuqaliya çempionatında 22 oyuna dörd qol vurub.

Futbolçu 2017-ci ildə millimizə cəlb olunub. O, 18 yaşında San Marino ilə görüşdə əsas yığmamızda debüt edib. Əvvəllər Almaniya 17 yaşadək yığmasında çıxış etmiş gənc futbolçu əsas millimizdə cəmi üç matç keçirə bilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          604 06.08.19 17:08