Səngəçalda qatar azyaşlını vurdu, vəziyyəti kafidir - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Səngəçalda qatar azyaşlını vurdu, vəziyyəti kafidir - YENİLƏNİB

Ötən gün qatarın vurduğu azyaşlının vəziyyəti kafidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, avqustun 5-i, saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki stansiyasının I yoluna daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən qəfil qatarın qabağına çıxıb.

Bildirilib ki, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və ADY-nin əməkdaşları araşdırma aparır.

* * * * *

Qaradağ rayonunda qatar azyaşlını vurub.


Hhadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.

Səhiyyə Nazirliyindən saytımıza bildiriblər ki, hadisə barədə təcili yardıma 18:30-da çağırış daxil olub.

Xəsarət alan 8 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə aparılıb.

Həkimlərin müayinəsi zamanı uşağa qapalı kəllə-beyin travması diaqnozu qoyulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 471 06.08.19 13:55