Suraxanıdakı qəzada 2 ölü, 12 yaralı - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda


Suraxanıdakı qəzada 2 ölü, 12 yaralı - ADLAR
Suraxanıda ağır yol qəzasında iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Hövsan-Türkan yolunda “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 9-u uşaq olmaqla, ümumilikdə 14 nəfər yaralanıb.

Yaralılardan bir nəfər hadisə yerində, bir nəfər uşaq isə xəstəxanada dünyasını dəyişib.

İki avtomobilin toqquşması nəticəsində yaralananların adları:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu

1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı

1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı

1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı

3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu

5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı

2 yaşlı Fərzizadə Rüqəyya Etibar qızı

12 yaşlı Fərzizadə Xeyrulla Etibar oğlu

8 yaşlı Fərzizadə Hüseyn Etibar oğlu

3 yaşlı Əsgərzadə Taleh Mayıl oğlu

7 yaşlı Əsgərzadə Nuray Mayıl qızı

14 yaşlı İsrafilov Xəyal

13 yaşlı Musayev Əli Laçın oğlu.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatlara görə, qəza nəticəsində altı nəfərin yaralandığı bildirilmişdi.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 013 06.08.19 11:36