İlham Əliyev Donald Trampa başsağlığı verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


İlham Əliyev Donald Trampa başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

AZƏRTAC-ın xəbərinə görə, başsağlığı Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlıdır.

“Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə başsağlığında vurğulanır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          777 05.08.19 18:18