İki güləşçimiz dünya çempionatının yarımfinalında » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |    

İki güləşçimiz dünya çempionatının yarımfinalında

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb.

Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində “tuşe” ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb.

Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.

Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

45 kq
Təsnifat - Fərid Sadıxlı - Valeri Manqutov (RUS) 4:3
1/8 final - Fərid Sadıxlı - Samatbek İzimqali (KAZ) 4:15

51 kq
Təsnifat - Elmir Əliyev - Eduardo Lovera (ARG) 4:0 (tuşe)
1/8 final - Elmir Əliyev - Məhəmməd Şaban (EGY) 5:0
1/4 final - Elmir Əliyev - Denis Florin Mihay (ROU) 4:2
1/2 final - Elmir Əliyev - Vladimir Voytoviç (UKR)

60 kq
Təsnifat - Həsrət Cəfərov - Əziz Qasımov (KAZ) 10:4
1/8 final - Həsrət Cəfərov - Seyid Söhrabi (İRİ) 1:3

71 kq
Təsnifat - Rauf Əliyev - Uros Rayiç (SRB) 8:0
1/8 final - Rauf Əliyev - Andreas Vasilakopulos (GRE) 9:0
1/4 final - Rauf Əliyev - Rza Rəcəb Əli Saki (İRİ) 0:3

92 kq
1/8 final - Laçın Vəliyev - Maik Haimov (İSR) 5:0
1/4 final - Laçın Vəliyev - Vladislav Valodin (BLR) 2:0
1/2 final - Laçın Vəliyev - Oktay Demir (TUR)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 03.08.19 18:09