Qadın voleybolçularımız Olimpiada şanslarını tamamilə itirdi » Median.Az News Agency


Qadın voleybolçularımız Olimpiada şanslarını tamamilə itirdi
Voleybol üzrə qadın millimiz Braziliyanın Uberlandiya şəhərində keçirilən Olimpiya təsnifat xarakterli turnir çərçivəsində növbəti görüşündə uduzub.

İtaliyalı Canni Kapraranın baş məşqçisi olduğu yığmamız bu dəfə meydan sahibi Braziliya ilə qarşılaşıb.

İkiqat Olimpiya çempionları ilə görüşdə yığmamız qələbəyə yaxın olub. Komandamız hesabda 2:1 öndə olsa da, sonda təcrübəli braziliyalılar qalib gəlib – 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12).

Bununla da Azərbaycan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qatılmaq şanslarını tamamilə itirib.

Qeyd edək ki, ilk görüşdə Dominikana 0:3 hesabı ilə uduzmuş millimiz bu gün Bakı vaxtı ilə saat 19:30-da Kamerunla qrupda sonuncu olmamaq uğrunda yarışacaq.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          560 03.08.19 14:25