Bakıda ən çox və ən az maaş alanların siyahısı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda ən çox və ən az maaş alanların siyahısı açıqlandı
2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.

Bu haqda Bakı Şəhər Statistika İdarəsindən oxu.az-a verilən məlumatda deyilir.

Bildirilir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          690 02.08.19 12:55