Üzmək üçün Kürə getdi, FHN indi onu axtarır - YENİLƏNİB » Median.Az News Agency


Üzmək üçün Kürə getdi, FHN indi onu axtarır - YENİLƏNİB
Kür çayında batan şəxsin kimliyi məlum olub.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Kür çayının Varvara kəndindən keçən hissəsində üzərkən batan şəxs Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Nəsib Maarif oğlu Nəsibzadədir.

Batan şəxsin axtarışları davam etdirilir.

* * * * *

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          940 02.08.19 11:48