SOCAR büdcəyə ödənişləri artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |    

SOCAR büdcəyə ödənişləri artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz, yaxud 19,705 milyon manat çoxdur.

Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursunu rəhbər tutaraq, ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə, bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94 faizini xarici bazarlardan qazanıb. Halbuki 2009-cu ildə bu nisbət 34 faiz olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 323 31.07.19 15:49