SOCAR büdcəyə ödənişləri artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

SOCAR büdcəyə ödənişləri artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz, yaxud 19,705 milyon manat çoxdur.

Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursunu rəhbər tutaraq, ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə, bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94 faizini xarici bazarlardan qazanıb. Halbuki 2009-cu ildə bu nisbət 34 faiz olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 350 31.07.19 15:49