Fanatı Zemfiranın maşınını əzdi: diqqət çəkmək istəyirmiş - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Fanatı Zemfiranın maşınını əzdi: diqqət çəkmək istəyirmiş - FOTO

Rusiyanın məşhur rok ifaçısı Zemfira dəlisov pərəstişkarının hücumuna məruz qalıb.

Müğənninin dəyəri 2,5 milyon avro olan avtomobili fanatı tərəfindən pis vəziyyətə salınıb.

Sənətçinin 35 yaşlı çılğın pərəstişkarı Valentin Qleboviç polisə ifadəsində etiraf edib ki, bu hərəkəti Zemfiranın diqqətini çəkmək üçün edib.

Valentinin məqsədi avtomobili əzib, evində oturan Zemfiranı küçəyə çıxarmaq olub.

Məlumatda bildirilir ki, V. Qleboviç olduqca aqressivdir. O, insanlara hücüm çəkir, bununla yanaşı ətrafında olan əşyaları qırıb, dağıdır. Hətta valideyinlərini belə döyməkdən çəkinmir.

Baş verən olayla bağlı Zemfira polisə şikayət ərizəsi yazıb. Sənətçi bildirib ki, belə bir hadisə ilə ilk dəfə deyil ki, qarşılaşır.

Qışda əsəbi və aqressiv bir fanatı ona küçədə hücum çəkib və nəticədə müğənni xəsarət alıb: “Qışqırır, qolumdan tutub sıxırdı. Ona başa salmağa çalışırdım ki, uzaqlaşsın, yoxsa polis çağıracam. Bir neçə ay sonra yenə həmin dəlisov pərəstişkarım mənə ziyan vurub”, - deyə, Zemfira söyləyib.




/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 292 31.07.19 13:28