“Futbolun nə demək olduğunu bilirik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

“Futbolun nə demək olduğunu bilirik”

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah ikinci təsnifat mərhələsinin cavab matçında "Dandolk"u qəbul edəcək.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan bir gün öncə keçirilən mətbuat konfransına qatılan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sabahkı qarşılaşma barədə danışıb.

Təcrübəli mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

"Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir. Xüsusən də, belə rəqiblərə qarşı. Hər iki komanda düşündüyüm qədər istəklidi. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq".

Qurban Qurbanov komandanın zədəli futbolçuları barədə də söz açıb:

"Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir".

Qurbanov "Qarabağ"ın yeni transferləri Faysal və Qeyenin meydana çıxıb-çıxmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

"Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin "18-lik"də olmaq şansı var. Start heyətində olmayacaqlar".

Təcrübəli çalışdırıcı İrlandiya millisinin baş məşqçisinin "Qarabağ"ın əsəbi oynayacağı ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib:

"İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 229 30.07.19 20:58