İlham Zəkiyev: Zədələrim qızıl medal almağıma mane oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


İlham Zəkiyev: Zədələrim qızıl medal almağıma mane oldu - VİDEO
Paracüdo üzrə milli komandamız Bakıya çatıb.

Milli Paralimpiya komitəsinin vitse-prezidenti, yığma komandanın kapitanı İlham Zəkiyev oxu.az-a açıqlamasında gümüş medal qazanmasını aldığı zədələrlə əlaqələndirib:

“Bundan öncəki yarışda çiynimdən zədə aldığım üçün məşq prosesində aktiv iştirak edə bilmədim. Müalicə müddəti davam edirdi. Bu səbəbdən də istədiyim kimi hazırlaşa bilməmişdim. Bu da yarışlarda öz sözünü dedi və finalda gümüş medalla kifayətlənməli oldum. Lakin ümumilikdə komandamız bu yarışda çox gözəl çıxış etdi”.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 187 30.07.19 13:16