Keçmiş UFC çempionu MakQreqor oktaqona qayıtmağa hazırdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Keçmiş UFC çempionu MakQreqor oktaqona qayıtmağa hazırdır

Yüngül və yarımyüngül çəki dərəcəsində Döyüşçülərin Mütləq Çempionatının (UFC) keçmiş çempionu irlandiyalı Konor MakQreqor oktaqona qayıtmağa hazırdır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı UFC prezidenti Deyna Uayt elan edib.

Xatırladaq ki, MakQreqorun son döyüşü 2018-ci il oktyabrın 6-da Las-Veqasda keçirilən UFC229 turnirində olub. Həmin görüşün dördüncü raundunda rusiyalı Həbib Nurmaqomedov boğucu fənd işlətməklə MakQreqora qalib gəlib. Beləliklə, Nurmaqomedov yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub saxlayıb. Bu görüşdən sonra hər iki döyüşçünün komandalarının üzvləri də iştirak etməklə dava düşüb. 2019-cu il yanvarın 29-da Nevada ştatının Atletika Komissiyası irlandiyalı döyüşçünü 6 ay, rusiyalı idmançını isə 9 ay müddətinə diskvalifikasiya edib.

Nurmaqomedov növbəti döyüşü sentyabrın 7-də Əbu-Dabidə, UFC turnirində amerikalı Dastin Poryeyə qarşı keçirəcək. Uayt MakQreqorun həmin görüşdə ehtiyat döyüşçü ola biləcəyini istisna etməyib.

Uayt deyib: "Mən keçən həftə onunla (MakQreqorla) söhbət etmişəm. O, qayıtmaq istəyir, yəni sentyabrda hadisələrin nə ilə başa çatacağını gözləyir. Bu, mənim fikrimdir, indiki məlumata görə Həbib və Porye döyüşəcək, lakin bu biznesin necə işlədiyini siz də bilirsiniz. Hər şey ola bilər və adətən belə də olur. Ona görə də gözləyək, görə bu məsələ nə ilə başa çatacaq".

Ehtiyat döyüşçü fors-major vəziyyəti yarandıqda və ya döyüş iştirakçılarından birinin yarışda iştirakı mümkün olmadıqda onun yerini tutmağa hazır olan adama deyilir.

31 yaşlı MakQreqor ən populyar UFC döyüşçülərindən biridir. O, qarışıq təknövçülükdə 25 döyüş keçirib, 21 dəfə (o cümlədən 19 dəfə vaxtından əvvəl) qalib gəlib və 4 dəfə məğlub olub. İrlandiyalı idmançı ilk dəfə çempiona titulunu 2015-ci ildə qazanıb. Sonradan o, UFC təşkilatının tarixində müxtəlif (yarımyüngül və yüngül) çəki dərəcələrində eyni vaxtda iki titul qazanmış ilk döyüşçü olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 073 29.07.19 21:22