Berdiməhəmmədovun ölüm xəbərini yayanlar tutuldu - Dövlət qurumlarında işləyirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

Berdiməhəmmədovun ölüm xəbərini yayanlar tutuldu - Dövlət qurumlarında işləyirlər

Türkmənistanda ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

İyulun 25-də Türkmənistanda güc strukturları Q.Berdiməhəmmədovun ölməsi və ya səhhətinin pisləşməsi barədə yayılan şayiələrlə mübarizə aparmaq məqsədi ilə fəal işə başlayıb.

Bu çərçivədə Lebap vilayətində üç nəfər tutulub. Onlar ölkədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən şayiələrin yayılmasında ittiham edilirlər.

Saxlanılanlar “Türkməntelekom”un Lebap şöbəsinin əməkdaşı, Su Təsərrüfatı idarəsinin işçisi və yerli Mənzil Kommunal Təsərrüfatının qadın işçisidir.

Bundan başqa, Mədəniyyət Nazirliyinə əks təbliğat aparmaq üçün tapşırıq verilib.

Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də yayılıb. İyulun 25-dək prezident ictimaiyyət arasında görünməyib və o həmin tarixdə televiziyaya çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            971 29.07.19 14:37