"Jara"nın üçüncü günündə baş verənlər - FOTO » Median.Az News Agency


"Jara"nın üçüncü günündə baş verənlər - FOTO
Bu gün "Jara-2019" nüfuzlu beynəlxalq musiqi festivalının növbəti üçüncü günü öz işinə start verib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, məşhurlar səhnə nömrələrini məşq etmək üçün günortadan bəri "Jara"nın səhnəsinə axın ediblər. Rusiyanın və Azərbaycanın sevilən ulduzları tamaşaçılara qüsursuz şou bəxş etmək üçün peşəkar rəqqaslarla birlikdə saatlarla məşq ediblər.

"Jara" festivalının üçüncü günündə Rusiyanın məşhur ulduzu Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək.

Bir neçə dəqiqə bundan öncə isə şən və səmimi şərhləri ilə həm müğənnilərə həmdə tamaşaçılara pozitiv dəqiqələr yaşadan Konstantin Tarasyuk və Yana Koşkinanın təqdimatında "qırmızı xalı" şousu başlayıb.

Bu gün bu xalıda Rusiyanın super ulduzları - "NaNa" qrupu, Nataliya Podolskaya, "Hi-Fi" qrupu, Aleksandr Malinin, Zomb, Brandon Stone, Alyona Şişkova, Aleksandr Qreçanik, Asammuel, "MBAND" qrupu, Lyubov Uspenskaya, Slava, İrina Nelson, Aleksandr Buynov, Layma Vaykuli, Jasmin, Nataşa Koroleva, Anita Tsoy, Stas Pyexa, İrina Dubtsova, Rondo qrupu iştirak etdilər.

Rusiyalı ulduzlarla bərabər şouya yerli sənətçimiz də qatılıb. 2014-cü ildə "Avroviziya" film müsabiqəsində Azərbaycanı "Start-A Fire" mahnısı ilə təmsil edən cazibədar müğənni Dilarə Kazımova da qırmızı xalı üzərinə çıxıb. Kazımova geyindiyi libası ilə diqqət çəkməyi bacarıb. Öndən sinə dekolteli ağ libas geyinən Dilarə başına qızılı böyük tac qoyub.

Başına böyük tac taxan Kazımova bugünkü imicini bu cür şərh edib:

"Çalışıram hər dəfə tamaşaçılara fərqli bir şeylər təqdim edim. Bu dəfə də xüsusi kolleksiya hazırladıq. Rəqqaslar da "Jara" səhnəsində maraqlı şou göstərəcəklər. Başımdakı tac göründüyü kimi o qədər də ağır deyil. Rəqsimi də geyimimə uyğunlaşdırmışam".

Qeyd edək ki, “Jara” layihəsinin təşkilatçıları Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 037 27.07.19 22:53