Qanda şəkərin miqdarı tər damcısı ilə ölçüləcək - RUS ALİMLƏRDƏN YENİ METOD » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO  |     16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |    

Qanda şəkərin miqdarı tər damcısı ilə ölçüləcək - RUS ALİMLƏRDƏN YENİ METOD
Qanda şəkərin miqdarı tər damcısı ilə ölçüləcək. Bu üsulu Rusiya alimləri hazırlayıblar.

Median.Az medicina.az-a istinadən bildirir ki, bu yeni metod biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. Alimlər biosensorun prototipini təqdim ediblər və qeyd ediblər ki, bu yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək. Onların sözlərinə görə, yeni biosensor yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.

Könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin qeyri-invaziv metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, planetimizdə əhalinin 5 faizi şəkərli diabetdən əziyyət çəkir. Diabet ürək-damar xəstəlikləri, korluq, aşağı ətrafların amputasiyası, böyrəklərin fəaliyyətinin pozulması və digər ağır fəsadlara səbəb olur. Bu xəstəliklərin inkişafının qarşısını almaq üçün diabetdən əziyyət çəkən insanlar qanın tərkibində qlükozanın səviyyəsinin müəyyən normalar daxilində qalmasına nəzarət etməlidirlər. Lakin qan analizi onlarda rahatsızlığa səbəb olur və müəyyən risklər yaradır.

Bu səbəbdən alimlər uzun müddətdir ki, qeyri-invaziv metodlar üzərində iş aparırlar. MDU-nun laboratoriyalarında hazırlanmış biosensor prototipi qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə dolayısı ilə qlükozanın səviyyəsini müəyyən edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 321 27.07.19 22:30