Kirkorovdan Aygünə təklif: Sən “hə” de, hər şeyi özüm edəcəyəm - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Kirkorovdan Aygünə təklif: Sən “hə” de, hər şeyi özüm edəcəyəm - FOTO

Xalq artisti Aygün Kazımova ilə Rusiyanın pop kralı Filipp Kirkorov “Jara” festivalının ikinci günü qırmızı xalça mərasimindən sonra jurnalistlərlə gorüşüb, onların suallarını cavablandırıblar.

İllər öncə yazdırdıqları “Calma” adlı mahnını yeni aranjimanda təqdim edən sənətçilər iş birliklərindən söz açıblar.

“Tamaşaçını təəccübləndirmək asan məsələ deyil. Amma Filippin sayəsində onları təəccübləndirməyi bacardım. İllərdir mən də, Filipp də səhnədə olmağımıza baxmayaraq, hazırda həyəcan keçiririk”, - deyə A.Kazımova bildirib.

F.Kirkorov, öz növbəsində, A.Kazımovanın ünvanına təriflər səsləndirib:

“Dostluğumuz və münasibətimizlə fəxr edirəm. 13 ildir yaxın dostluq edirik. Aygün Azərbaycan estradasının “kraliçasıdır”. Səhnənizin kraliçasını qoruyun. Onun gözəl və məlahətli səsi var”.

Filipp Aygünü növbəti illərdə “Avroviziya” səhnəsində görmək istədiyini dilə gətirib:

“Təəccüblənirəm ki, niyə hələ də Aygün “Avroviziya”ya getməyib. O, Avropanı fəth edə bilər. Aygünə prodüserlik edəcəyəm, mahnı yazacağam. Təsəvvür et, səninlə “Avroviziya”nın qırmızı xalçasından keçirik: kral və kraliça. Sən “hə” de, mən hər şeyi özüm edəcəyəm”.

Səmimi və dostluq mühütində keçən müsahibədən sonra iki məşhur “Jara”nın səhnəsinə çıxıb möhtəşəm duetləri ilə tamaçaçıları əyləndirib, o ki var coşdurublar.

Aygünlə Filippin səhnədəki unudulmaz perfomansı və rəqsləri o qədər sevilib ki, ilk dəfə “Jara” tarixində ifaçılar mahnını təkrar səsləndiriblər.

Beləcə A.Kazımova ilə F.Kirkorov hər kəsin səbirsizliklə gözlədiyi əsrarəngiz şou ilə tamaşaçıların yenidən rəğbətini qazanıblar.




/oxu.az/

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 066 27.07.19 15:35