Kənd yerlərində məşğulluq artacaq - Ekspert rəyi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kənd yerlərində məşğulluq artacaq - Ekspert rəyi

Azərbaycanda həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.

Bunu oxu.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, regionun ucqar bölgələrində yaşayan, birbaşa aqrar istehsal fəaliyyəti ilə məşğul olan istehsalçıların iqtisadi aktivliyinin təmin olunması dövlət siyasətinin başlıca məqsədlərindən biridir:

“Azərbaycan ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır”.

Ekspert qeyd edib ki, aqrar sığorta bazarının formalaşdırılması yerlərdə istehsalın şaxələnməsinə təkan verəcək tədarük sisteminin və fermer-dövlət iqtisadi münasibətlərinin güclənməsinə təkan verə bilər:

“Xüsusilə məşğulluğa ciddi mənfi təsir göstərən istehsalçılar arasında dağınıq iqtisadi münasibət aradan qaldırılmalıdır. Xırda istehsalçıların kooperasiyalarda birləşməməsi, torpaqların meliorativ vəziyyəti haqqında məlumat bazalarının olmaması, peşəkar mütəxəssislərin çatışmazlığı həll olunması zəruri olan vacib məsələdən biridir.

Təhlillər göstərir ki, regionlarda emal infrastrukturunun - taxıl anbarı kompleksləri, müasir suvarma sisteminin tətbiqi ilə yeni təsərrüfatlar, damazlıq yumurta və broyler təsərrüfatları, cins heyvandarlıq kompleksləri, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatları, süd, ət emalı müəssisələri, kəsim məntəqələri, quru meyvə istehsalı müəssisələri, eləcə də digər yerli potensialı ifadə edən emal və sənaye məhsulları istehsalı müəssisələrinin yaradılması qarşıda duran hədəflərdəndir”.

Qeyd edək ki, son illərdə həyata keçirilən islahatların yeni mərhələsi kənd təsərrüfatı sahəsini də əhatə edib. Bu istiqamətdə dövlət siyasətini tənzimləyən strukturda kadr dəyişiklikləri ilkin müsbət nəticələri verir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Aqrar sahədə qarşıya qoyulan hədəflərdən biri də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 414 27.07.19 15:20