Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar alacaq.

CNN bildirir ki, bu barədə ABŞ Ali məhkəməsinin qərarında deyilir.

Ali məhkəmə büdcə pullarının bu yolla xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib. Vəsait Pentaqonun fondundan alınacaq.

Xatırladaq ki, cari ilin may ayında Kaliforniya ştatının federal məhkəməsi ABŞ və Meksika sərhədində divarın tikilməsi üçün Pentaqon tərəfindən vəsait ayrılmağına qarşı çıxıb.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. O, 2016-cı ildə divarın tikintisinə başlamaq istədiyini bildirsə də, konqress tərəfində dəstək ala bilməmişdi.

2019-cu ildə Tramp divarın tikintisini maliyyələşdirmək üçün fövqəladə hal elan edərək, Pentaqonun büdcəsindən vəsait ayrılmağına nail olmaq istədi. Lakin onun bu qərarı məhkəmələr tərəfindən blok edildi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 779 27.07.19 13:53