“Azəriqaz”dan Sumqayıtdakı partlayışla bağlı açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

“Azəriqaz”dan Sumqayıtdakı partlayışla bağlı açıqlama

“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtda qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Birlikdən APA -ya verilən məlumata görə, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub.

Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər. Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb.

Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb.

Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 005 26.07.19 22:27