Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

Türkiyə ABŞ-dan təyyarə almaqdan imtina edə bilər.

TASS-ın xəbərinə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Mən Trampa Osakada keçirilən “Böyük iyirmilər” sammitində dedim ki, baxmayaraq ki, “Patriot” zenit raket kompleksi (ZRK) almaqdan imtina eləmişik, amma əvəzində 100 ədəd “Boing” təyyarəsinin alışı haqqında razılığımız var. Ödənişləri vaxtında eləyən, yaxşı müştəriyik. Ancaq əgər konflikt davam edərsə, biz bu məsələyə yenidən baxmalı olacağıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, səhmlərinin 49%-i dövlətə məxsus olan “Türk Hava Yolları” aviaşirkəti ABŞ-dan 75 ədəd “Boing 373 MAX” təyyarəsi alacaqları ilə bağlı açıqlama vermişdi. 2018-ci ildə əldə olunmuş razılığa əsasən, qardaş ölkə əlavə 25 ədəd “Boing 787-9 Dreamliner” də sifariş etmişdi. Təyyarələr 2023-cü ilə kimi Türkiyəyə təhvil veriləcəkdi.

Əlavə olaraq bildirək ki, Türkiyənin ABŞ-a məxsus “Patriot” ZRK-dan imtina edərək Rusiyadan “S-400” kompleksi alması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. ABŞ da öz növbəsində Türkiyəyə “F-35” qırıcı təyyarələri satmaqdan imtina edəcəyini bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            875 26.07.19 21:45