Bakıda təkrar mənzil bazarı ucuzlaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |    

Bakıda təkrar mənzil bazarı ucuzlaşıb

Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur. Konkret olaraq yay ərəfəsində - mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb.

Median.Az
bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətindən bildiriblər.

Bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta qiymət 1008 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 959 dollara bərabər olub.

Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin mayında bir kvadrat metr üçün 712 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 767 dollar olub.

Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 35,9 faizi üçotaqlı, 30,2 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.

Dörd və daha çox otaqlı mənzillərin payı 20,8 faiz təşkil edib.

Bakıda təkrar mənzillər daha çox Yasamal (23,9 faiz), Nərimanov və Binəqədi (17,2 faiz), Xətai (16,7 faiz) və Nəsimi rayonlarında (14,5 faiz) satışa çıxarılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 178 25.07.19 23:10