Ulduzlar “Jara”nın “Qırmızı xalı”sında - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Ulduzlar “Jara”nın “Qırmızı xalı”sında - FOTO

Artıq üçüncü ildir ki, paytaxtımızda təşkil olunan “Jara-2019” beynəlxalq musiqi festivalı öz işinə start verib.

Median.Az
xəbər verir ki, böyük coşqu ilə keçən festivalın ilk günündə Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı” üzərindən keçib, gecə ilə bağlı öz təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.

Keçid mərasiminin aparıcılığı rusiyalı televiziya ulduzları Konstantin Tarasyuk və Yana Koşkinaya həvalə olunub.

Onlar öz əyləncəli və bir-birindən pozitiv şərhləri ilə gecəyə əlavə rəng qatıblar.

Rusiyanın məşhurları arasında Qlyukoza, Aleksandr Panayotov, Qriqoriy Leps, Rita Dakota, Yuliya Baranovskaya, Albina Canabayeva, Maks Barskix, Filipp Kirkorov, Olqa Buzova, Valeriya, Ani Lorak, Nastya Kamenskix, “Vremya i Steklo”, “Monatik”, Kristina Orbakayte, Vera Brejneva, “Artik&Astik” yer alıb.

Xarici ulduzlardan isə Steffan Olsson, Stiven Segal, Alessandro Safina festivalda iştirak etmək üçün paytaxtımıza gəliblər.

Eləcə də Azərbaycanın super ulduzları - Xalq artisti və gecənin təşkilatçısı Emin Ağalarov, Zülfiyyə Xanbabayeva və Çingiz Mustafayev olub.

Yerli məşhurlar gözoxşayan geyim və imicləri ilə “Jara”ya toplaşan tamaşaçıları təəccübləndirməyi bacarıblar.

Belə ki, festivalın birinci günündə səhnə alacaq, Azərbaycanı bu il “Avroviziya-2019” müsabiqəsində təmsil etmiş müğənni Çingiz Mustafayev “Qırmızı xalı”ya robot görünüşündə olan rəqqaslarla qatılıb.

Onun əynindəki led işıqlarla robot geyimi hər kəsin diqqətini çəkib. “Bu gün səhnədə alışıb-yanacam, kül olacam”, - deyə, Çingiz bildirib.

Çingizlə yanaşı, rus və xarici ulduzlarla “Jara” səhnəsini bölüşəcək daha bir yerli ulduz isə xalq artisti Zülfiyyə Xanbabayevadır.

Məşhur “Qırmızı xalı”da uzun, tünd çəhrayı dəbdəbəli libası ilə göz qamaşdırıb. Sənətçi jurnalistlərlə söhbətində səhnədə yeni yazdırdığı mahnısını ilk dəfə oxuyacağını dilə gətirib.

Qeyd edək ki, “Jara-2019” musiqi festivalı “See Breeze” ailəvi istirahət mərkəzində keçirilir. Bu gündən başlayan festival 3 gün davam edəcək.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 464 25.07.19 22:54