ABŞ ölüm hökmünün icrasını bərpa edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |    

ABŞ ölüm hökmünün icrasını bərpa edir

Uzun fasilədən sonra ABŞ-da ölüm hökmünün icrası bərpa olunacaq. ABŞ Ədliyyə Nazirliyi iyulun 25-də bu barədə bəyanatla çıxış edib.

“The Washington Post”un yazdığına görə, artıq bu il dekabrın 9-da beş məhbusla bağlı ölüm hökmünün icra olunması nəzərdə tutulub.

ABŞ baş prokuroru Uilyam Barr cəzaların icra olunması ilə bağlı federal protokola nəzərdə tutulan əlavəni qəbul etmək barədə tapşırıq verib. Bu, federal hökumətə uzun fasilədən sonra ölüm cəzasını yenidən qüvvəyə mindirəcək.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə ölüm hökmü 2003-cü ildə icra olunub. Həmin vaxtdan etibarən ölüm inyeksiyalarının tətbiqinə qeyri-rəsmi qadağa qoyulmuşdu.

Ədliyyə Nazirliyinin bəyanatında o da deyilir ki, əvvəllər bu prosedur üç preparatın köməyi ilə icra olunurdu. İndi onları pentobarbital əvəz edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            956 25.07.19 22:20