Qoşulmama Hərəkatında Azərbaycanla bağlı vacib sənəd imzalandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qoşulmama Hərəkatında Azərbaycanla bağlı vacib sənəd imzalandı

Cari ilin 21 iyul tarixində Qoşulmama Hərəkatına (QH) hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclası keçirilib.

Median.Az
Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.

İclas zamanı gündəlikdə yer alan digər məsələlər ilə yanaşı, QH-nin 21-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək 18-ci Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib.

Tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub.

QH Nazirlər Şurasının Yekun Sənədində Azərbaycan Respublikasının mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Burada, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi Nazirlər tərəfindən təsdiqlənir. Həmçinin sözügedən bənddə QH Nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək, tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.

2012-ci ildən etibarən QH-nin qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            961 25.07.19 22:06