Emin onları hava limanında şəxsən qarşıladı: “Jara” başlayır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Emin onları hava limanında şəxsən qarşıladı: “Jara” başlayır - FOTO

Bakıda nüfuzlu “Jara 2019” musiqi festivalına bu gündən etibarən rəsmən start verilib.

Oxu.Az xəbər verir ki, dörd gün keçiriləcək möhtəşəm festival zamanı Rusiyanın, Avropanın və Azərbaycanın ən parlaq ulduzları çıxış edəcəklər.

Festivalın ilk günündə ulduzların iştirakı ilə mətbuat konsfransı keçirilib. Konfransda dörd gün ərzində “Jara”da baş tutacaq tədbirlər və çıxışlar haqqında Rusiya və Azərbaycandan olan media nümayəndələrinə məlumat verilib.

Jurnalistlərlə görüşə rus estradasının parlaq nümayəndələri - müğənni Filip Kirkorov, Qriqori Leps, Lolita, Ani Lorak, Zivert, Azərbaycanın Xalq artisti və festivalın təşkilatçısı Emin Ağalarov gəlib.

Beynəlxalq musiqi festivalında 70-dən çox sənətçi iştirak edəcək. Onlar yeni mahnıları ilə yanaşı, hit bəstələri və perfomansları ilə izləyicilərin qarşısına çıxacaqlar.

Tamaşaçılar, həmçinin daha bir sürpriz duetin şahidi olacaqlar. Rusiyanın pop kralı Filip Kirkorov ilə Zivert “Jara”da duet təqdim edəcəklər.

Lolita konsfrans zamanı bildirib ki, Bakıya gəlməkdən qürur və məmnunluq duyur. O, festivala gələn qonaqların hamısını hava limanında Eminin şəxsən qarşıladığını deyib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 650 25.07.19 19:56