Çində internet istifadəçiləri üçün “qara siyahı” tətbiq olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Çində internet istifadəçiləri üçün “qara siyahı” tətbiq olunacaq

Çin hökuməti internetdəki senzura qaydalarını pozanlara qarşı daha sərt cəza tədbirlərini tətbiq etməyə hazırlaşır.

“Report” “The Times”ə istinadən xəbər verir ki, Çin Kiber Məkanı Administrasiyası (CAC – Cyberspace Administration of China) tərəfindən hazırlanan yeni qaydalar layihəsinə görə, hökumət nöqteyi-nəzərindən ictimai əxlaqa və ya ictimai mənafeyə zidd hesab olunan məlumatlar yayan hər kəs “qara siyahı”ya salınacaq. Belə şəxslərə qarşı internetə girişin məhdudlaşdırılması da daxil olmaqla müəyyən cəza tədbirləri nəzərdə tutulur.

Avqustun 21-dək keçiriləcək ictimai müzakirələrdən sonra yeni internet qaydalarına dair yekun qərar veriləcək. Lakin ölkənin bir sıra saytları artıq istifadəçilərindən şəxsi sənədlərindəki rəsmi məlumatları tələb etməyə başlayıb.

İnternetlə bağlı bu yeni qaydalar Çində tətbiq olunmağa başlayan sosial kredit adlı insanların əməllərinin monitorinqi və qiymətləndirilməsi sistemi çərçivəsində fəaliyyət göstərə bilər. Artıq 2020-ci ildən tam həcmdə işə salınacağı gözlənilən həmin sistem insanların yol hərəkəti qaydalarına əməl etmək, ahıl valideynlərə qayğı göstərməkdən tutmuş partiya siyasətini dəstəkləməyə, internet vasitəsilə alış-verişədək ən müxtəlif davranış və fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində hər kəsə müvafiq sosial reytinq verilməsini nəzərdə tutur. Həmin reytinq də vətəndaşın bankda kredit götürmək, təyyarə bileti almaq, övladını məktəbə yazdırmaq kimi gündəlik həyatla bağlı imkan və xidmətlərdən yararlanması zamanı əsas götürüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 409 24.07.19 21:51