"Neftçi"nin kapitanı: "Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |    

"Neftçi"nin kapitanı: "Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm"

"Çox ciddi hazırlaşmışıq, bizi çətin oyun gözləyir. Bura qələbə qazanmaq üçün gəlmişik. Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm".

Median.Az
report-a istinadən xəbər verir ki, bunları "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyada "Arsenal"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Arsenal" və "Neftçi"nin legionerlərinin səviyyəsi arasında ciddi fərq yoxdur: "Əlbəttə, Rusiyadakı top-klublarda daha yaxşı əcnəbilər var. Ancaq ikinci "8-lik"dəkilərlə Azərbaycan Premyer Liqasında çıxış edənlərlə eyni səviyyədədirlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Həmçinin başqa oyunçular, elə də köməkçi məşqçi ilə tanışam. Görüşəndə onlarla danışacağam, münasibət saxlayıram".

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 085 24.07.19 21:21