Filip Kirkorov: "Bakıdakı izləyiciləri payızda yeni bir şou ilə sevindirmək istəyirəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Filip Kirkorov: "Bakıdakı izləyiciləri payızda yeni bir şou ilə sevindirmək istəyirəm"

"Bakı mənim üçün sevinc, günəş, qonaqpərvərlik və mehriban insanlar, dəniz və təbii ki "JARA" festivalının keçirildiyi şəhərdir".

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xalq artisti Filip Kirkorov Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi müsahibədə deyib.

"JARA" festivalı sənətçiləri və tamaşaçıları birləşdirir. Allaha şükürlər olsun ki, Emin kimi belə çətin iqtisadi dövrdə belə möhtəşəm festival keçirən insanlar var. Əminəm ki, bir neçə ildən sonra bu festival dünyada ən yaxşılardan birinə çevriləcək", - F.Kirkorov jurnalistlərə söyləyib.

Rusiyanın Xalq artisti əlavə edib ki, payızda Bakı tamaşaçılarını yeni şousu ilə sevindirmək istəyir: "Bakıda keçiriləcəyinə ümid etdiyim böyük konsertdən əvvəl mənim üçün yaradıcı emosional "batareyalarımı doldurmaq" çox vacibdir. Mən artıq Bakıda "Mən" proqramı ilə çıxış etmişəm, artıq yeni şounun vaxtıdır. Bakıdakı pərəstişkarlarım üçün yenidən oxumaq istəyirəm. Onlar burada çoxdur və mənim üçün çox qiymətlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 378 24.07.19 19:47