Zelenskinin büstləri satışa çıxarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Zelenskinin büstləri satışa çıxarılır

İyulun 25-dən Ukraynada Prezident Vladimir Zelenskinin büstləri satışa çıxarılacaq.

Gipsdən hazırlanan bu suvenirlər ölkə üzrə internet-mağazalarda satılacaq.

Saytlardan birində verilən elanda deyilir: “Bu, sizin iş masanızı və interyerinizi bəzəyəcək əla və unikal hədiyyədir”.

Qızıl suyuna salınmış suvenirlərin hündürlüyü 23 santimetr, çəkisi 2,5 kiloqramdır.

Büstün qiyməti 78 dollar (təxminən 132 manat) təşkil edir.

V.Zelenskinin bu təşəbbüsdən xəbəri olub-olmadığı barədə məlumat yoxdur. Amma onun əsəbiləşəcəyini indidən ehtimal etmək çətin deyil.

Xatırladaq ki, Zelenski hələ inauqurasiya mərasimində dövlət məmurlarına müraciətlə belə demişdi:

“Çox istəyirəm ki, sizin kabinetlərinizdə mənim şəkillərim və portretlərim olmasın. Çünki prezident ikona deyil, prezident portret deyil. Öz uşaqlarınızın fotolarını asın və hər qərar qəbul edəndə onların gözlərinə baxın”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            971 24.07.19 19:12