Median.Az xəbər verir ki, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan yeniyetməni aldadıb, ona məxsus 1200 manat pulunu ələ keçirib.
DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.