Avropa Festivalında yarışan daha yeddi idmançı travma aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Avropa Festivalında yarışan daha yeddi idmançı travma aldı

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi məkanlarda ötən gün yeddi idmançı travma alıb.

Səhiyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə yeddi müraciət daxil olub.

Müraciətlərdən altısı kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə müraciət edib. Təcili tibbi yardım briqadası onu Kliniki Tibbi Mərkəzə çatdırıb. İdmançı yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb. Vəziyyəti normaldır.

Bundan əvvəl təcili tibbi yardım briqadalarına ümumilikdə 24 müraciət daxil olub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) keçirildiyi dövrdə müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadası növbə çəkir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 189 24.07.19 11:47