Azərbaycana səkkizinci “qızıl”ı qazandıran güləşçi: Bu bayrağı qaldırmaq fəxrdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Azərbaycana səkkizinci “qızıl”ı qazandıran güləşçi: Bu bayrağı qaldırmaq fəxrdir

Qızıl medalı qazanmaq üçün çox çalışdım. İtaliyada keçirilmiş Avropa çempionatının finalında rusiyalı idmançıya uduzmuşdum. Ona görə də məşqçim Vahid Məmmədovla bu yarışa çox ciddi hazırlaşmışdıq.

Bunu oxu.az-a Azərbaycana Avropa Gənclər Olimpiya Festivalında səkkizinci qızıl medalı qazandıran sərbəst güləşçi Cəbrayıl Hacıyev deyib.

65 kq-da çıxış edən dağıstanlı legionerimiz Azərbaycanın bayrağını qaldırmaqdan qürur hissi keçirdiyini bildirib: “İstəyirdim ki, bu qızıl medalı anama, atama və məni dəstəkləyən, kömək edən bütün insanlara həsr edim. Bu, sonuncu qızıl medalım deyil. İnşallah, Azərbaycan bayrağını yenə ucalarda dalğalandıracağam. Bolqarıstanda keçiriləcək dünya çempionatında da Azərbaycanın bayrağını qaldırmaq istəyirəm. Mənə Azərbaycan adından çıxış etmək çox xoşdur. Hamı mənə kömək olur, dostcasına yanaşır. İlk dəfə fevralda Azərbaycan çempionatında çıxış edib ölkə çempionu olmuşdum. Allah məşqçilərimizə can sağlığı versin ki, onların sayəsində çempion oldum”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 975 24.07.19 11:37