Şimali Koreya rus gəmisini saxladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Şimali Koreya rus gəmisini saxladı

Şimali Koreya sərhəd mühafizəçiləri Rusiyanın “Şimal-şərqi balıqçılıq şirkəti” MMC-yə məxsus “Syanxaylin-8” gəmisini saxlayıb.

Bunu cəmiyyətin direktor müavini Sergey Sedler “Kommersant” qəzetinə açıqlamasında deyib.

Bildirilir ki, insident hələ iyulun 17-də baş verib. Gəmi KXDR-nin ərazisindən 55 dəniz mili uzaqlıqda saxlanılıb. Sedlerin sözlərinə görə, gəmiyə doluşan sərhədçilər bütün əlaqə vasitələrini söndürüblər, daha sonra gəmi Vonsan limanına aparılıb.

O vaxtdan bəri gəmi heyəti ilə əlaqə saxlamaq mümkün olmayıb, Rusiyanın Pxenyanda olan səfiri isə ancaq dünən gəmiyə baş çəkə bilib.

Dənizçilərə gəmidən çıxmağa icazə verilmir. Yalnız gəmi kapitanı, onun köməkçisi və iki cənubi koreyalı mütəxəssis nəzarət altında hotelə yerləşdirilib.

Sedler dənizçilərin saxlanılması şəraitindən şikayət edib: gəmidə ventilyasiya olmadığından onlar 30-35 dərəcə istidə qalmağa məcburdurlar.

Gəminin hansı səbəbdən saxlanılması və nə zaman buraxılacağı məlum deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 890 24.07.19 11:32