Rentgen və tomoqrafiya xərçəngin riskini artırır - Diqqətli olun! » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rentgen və tomoqrafiya xərçəngin riskini artırır - Diqqətli olun!

Böyük Britaniyanın Kembric Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın hətta üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

Alimlər müəyyən ediblər ki, şüalanmanın hətta təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artıran mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgendən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin "korlanmış" p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

Tədqiqat müəlliflərindən biri, Kembric Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.

Xərçəngə çevrilmək ehtimalı olan mutant hüceyrələr, o cümlədən р53 mutasiyalı hüceyrələr bütün insanların orqanizmində var. İnsan yaşa dolduqca onların da sayı artır. Lakin bu hüceyrələrin yalnız cüzi hissəsi sonralar bədxassəli hüceyrələrə çevrilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 468 23.07.19 23:00