Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat

Almaniyanın Maks Plank İnstitutu və Tyubinqen Universitetinin tədqiqatçıları yaşı 1500-3500 arası dəyişən doqquz Misir mumiyasının genini bərpa edə biliblər.

Median.Az
-ın məlumatına əsasən, analizlərdən sonra məlum olub ki, qədim misirlilər, əslində, afrikalı deyillər.

Onların bir hissəsi türk əsillidir, başqa bir hissəsi isə həmin dövrün Cənubi Avropasındandır (hazırda bu hissədə Suriya, Abxaziya, İordaniya, Gürcüstan, İsrail və Livan yerləşir).

Bir müddət əvvəl isə belə bir təcrübə Sürixin “iGENEA” geneoloji mərkəzinin təşəbbüsü ilə bioloq-alimlər tərəfindən aparılıb. Amma alimlər təkcə bir genetik materialdan - Tutanhamonun mumiyasından istifadə ediblər. Fironun DNA-sı sol ayaq və sol çiyin sümük toxumasından götürülüb.

Mərkəzin mütəxəssisləri Qədim Misir fironlarının və müasir Avropa sakinlərinin müqayisəli genetik analizini aparıblar. Nəticədə məlum olub ki, bir çox avropalı Tutanhamonun qohumudur. Daha dəqiq desək, avropalı kişilərin yarısı ilə Tutanhamonun DNA-sı uyğun gəlib. Bundan əlavə, Fransa, İspaniya, Böyük Britaniyada uyğunluq 60-70 faiz təşkil edir.

DNA müqayisəsi haploqruplar üzrə də aparılıb. Məlum olub ki, fironun qohumları “R1b1a2” haploqrupuna məxsusdurlar. Tədqiqatçılar qeyd edirlər ki, bu haploqrup müasir Avropa əhalisi arasında geniş yayılsa da, misirlilər arasında nadir hallarda rast gəlinir.

“iGENEA” mərkəzinin direktoru Roman Şolts qeyd edir ki, Tutanhamonun genetik olaraq avropalı olması alimləri çox maraqlandırıb. Alman və isveçrəli alimlərin növbəti genetik tədqiqatı isə müasir Misir əhalisinin fironların davamçısı olmadığını üzə çıxarıb. Misirlilərin qədim fironlarla heç bir əlaqəsi yoxdur. Fironlar başqa ölkələrin sakinləri olublar.

Şoltsun sözlərinə əsasən, avropalıların və Misir fironlarının ümumi əcdadı 9500 il əvvəl Qafqazda yaşayıb. Yeddi min il əvvəl isə onlar Avropa ərazisinə yayılıblar. Bəziləri Misirə gedib və hakim zümrəyə çevrilib. Beləcə, Tutanhamon və onun əcdadları, əslində, qafqazlıdırlar.

Tyubinqen Universitetinin paleogenetiki qeyd edir ki, alman tədqiqatçılar 150 mumiyadan üçünün genetikasını bərpa edə biliblər. Sözügedən üç mumiyanın DNA-sı uzun illər keçsə də, isti Misir iqlimi, mumiyalama zamanı istifadə edilən kimyəvi maddələr, sözügedən ərazilərdəki nəmişliyə baxmayaraq, yaxşı qalıb.

Alimlər ümid edirlər ki, genetikanın bərpası yaxın gələcəkdə klonlaşdırma üsulu ilə bu DNA-nın sahibini bərpa etməyə imkan verəcək...скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 369 23.07.19 21:47