"Bakı 2015"in iştirakçısı aldığı ağır zərbələrdən sonra ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

"Bakı 2015"in iştirakçısı aldığı ağır zərbələrdən sonra ölüb

Rusiyalı boksçu Maksim Dadaşav vəfat edib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, buna 28 yaşlı idmançının ABŞ-da Sabriel Matias ilə dueldə aldğı zərbələr səbəb olub.

Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Dadaşova beyin ödemi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 223 23.07.19 20:14