Median.Az xəbər verir ki, iyulun 20-də “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini A.Ağayev ayın 19-na keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsindən “Renault” markalı avtomobilinin qaçırılmasını bildirib.
Binəqədi RPİ 7-ci polis bölməsi, Nəsimi RPİ 22-ci polis şöbəsi və Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
nəqliyyat vasitəsini qaçıran paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Ağayev Şabran rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.