Median.Az xəbər verir ki, iyulun 20-də Qaraçuxur qəsəbəsində, Əmircan qəsəbə sakini E.Səlimov tanışı R.Seyidova bıçaqla yüngül xəsarət yetirib, sonuncuya məxsus “VAZ-2107” markalı avtomobilini alıb və həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Səlimov saxlanılıb, avtomobil isə sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.