Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində torpaq sahəsindən inşaat materialları, həyətyanı sahədən qaynaq aparatı və avtomobil üçün ehtiyat hissələri, vətəndaş R.Yəhyayevə məxsus "VAZ 2107" markalı avtomobilin 3 ədəd təkərini, vətəndaş G.İsmayılovaya məxsus su mühərrikini, vətəndaş G.İsgəndərova məxsus inşaat materiallarını oğurlayan, habelə vətəndaş R.Abbasova məxsus su mühərrikini oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.