Median.Az xəbər verir ki, iyulun 20-i gecə saat 1 radələrində Pirşağı qəsəbəsindən, qəsəbə sakini S.Məmmədov çoxsaylı xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanaslna gətirilib və üzərində cərrahi əməliyyat aparılıb.
Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini R.Sadiyev saxlanılıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.