Median.Az xəbər verir ki, iyulun 20-də Təbriz küçəsindən Kliniki Tibbi Mərkəzə kəsilmiş-deşilmiş xəsarətlə paytaxt sakini S.Əzizov gətirilib və həkimlərin səyi nəticəsində həyatı xılas edilib.
Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Kazımov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.