Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də “Toyota” markalı avtomobildən 500 manat pul oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də “BMW” markalı avtomobildən 320 manat pul oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılıb.
Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Bakı şəhər sakini S.Şiriyevə məxsus “VAZ-2106” markalı avtomobildən 80 manat və maqnitofon oğurlayan Lənkəran rayon sakini V.Məmmədov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.