Elza deputatlığa namizəd olacaq: "Meşə çaqqalsız olmaz” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Elza deputatlığa namizəd olacaq: "Meşə çaqqalsız olmaz”

"Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır”.

Median.Az
xəbər verir ki, bunu müğənni Elza Seyidcahan "Yeni Müsavat”a həmkarı Brilliant Dadaşovanını rüşvətxor məmurlar üçün yazdığı mahnıya münasibət bildirərkən deyib.

O, bildirib ki, pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar:

"Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, "meşə çaqqalsız olmaz”.

O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var”.

Elza növbəti parlament seçkilərində namizəd olacağını da qeyd edib:

"Niyə də olmasın? İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm.

Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 030 22.07.19 13:35