Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən iyulun 17-də rayon ərazisindəki evdən 2 ədəd xalça, 1 ədəd televizor və kamança oğurlayan şəhər sakinləri X.Vəzirov və S.Novruzov saxlanılıblar.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də şəhər ərazisindəki anbardan 50 metr rabitə
kabeli oğurlayan şəhər sakini V.Abdullayev saxlanılıb.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də artezian quyulardan birini elektrik enerjisi ilə təmin edən
naqilin 120 metrlik hissəsi kəsib, oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Y.Qasımov və İ.Əhmədov saxlanılıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.