Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |    

Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) zamanı baş tutacaq yarışların keçiriləcəyi 12 idman obyektində olub və onların Festivala hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Bunu oxu.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, EYOF iştirakçıları üçün Atletlər kəndində istirahət və yarışlara hazırlıq məqsədi ilə bütün lazımi şərait yaradılıb:

“Atletlər kəndi qapılarını rəsmi olaraq iyulun 18-də idmançıların üzünə açıb. Bakıya ilk olaraq İspaniya nümayəndə heyəti gəlib. Paytaxta gələn əcnəbi idmançılar öz nömrələrində yerləşdirilir.

Ümumilikdə yeddi bina atletlərin xidmətindədir. Atletlər kəndində sutka boyu fəaliyyət göstərən kafe, əyləncə mərkəzi var. Avropa Festivalında 14-18 yaşlı gənclər yarışacaqlar. Təbii ki, onlar istirahət etmək istəyəcəklər”.

S.Məmmədova qeyd edib ki, bəzi idmançıların valideynləri övladları ilə birlikdə Azərbaycana turist qismində gəlib. Nazirlik rəsmisi deyib ki, valideynlər Atletlər kəndində övladlarına baş çəkmək üçün ayrıca saatların ayrılması xahişi ilə yarışın təşkilatçılarına müraciət ediblər.

“Biz ilkin olaraq Avropa Festivalında 36 dövlətin nümayəndələrinin iştirak edəcəyini gözləyirdik. Lakin yarışların yaxınlaşması ilə Avropa Olimpiya Komitəsinə yeni müraciətlər daxil olub, nəticədə Bakıya Avropanın 47 ölkəsindən idmançı gəlib. Tərəfimizdən Avropanın bütün dövlətlərinə iştirak etmək üçün dəvət göndərilib”, - deyə S.Məmmədova əlavə edib.

Onun sözlərinə görə, atletlər idman obyektlərinə xüsusi nəqliyyatla çatdırılacaq:

“Bundan başqa, sabah saat 17:00-dan 01:00-dək metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarından açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalına ödənişsiz avtobuslar hərəkət edəcək. Bileti olan və akkreditasiyadan keçmiş hər kəs həmin avtobuslardan istifadə edə bilər. Akkreditasiyadan keçənlər Avropa Festivalı çərçivəsində Bakıda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər”.

S.Məmmədova əlavə edib ki, azarkeşlər bütün idman obyektlərində yarışları ödəniş etmədən izləyə biləcəklər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 959 20.07.19 15:26