İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR

Sabah Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalına (EYOF) Avropanın iki ölkəsinin – Ermənistan və Lixtenşteynin niyə qatılmayacağının səbəbi məlum olub.

Bu tip yarışlarda iştirak üçün Avropa Olimpiya Komitələrinə üzv ölkələrin Milli Olimpiya Komitəsi qeydiyyatdan keçməli və bu oyunlarda iştirak niyyətlərini təsdiqləməlidir.

Lakin elan olunan qeydiyyat müddəti ərzində Ermənistan Milli Olimpiya Komitəsi tərəfindən heç bir müraciət daxil olmadığından, bu ölkənin idmançıları Bakıdakı EYOF-da təmsil olunmurlar. Göründüyü kimi, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bütün ölkələrə qapısını açsa da, ermənilər bu dəfə Bakıya gəlməkdən imtina edib.

Lixtenşteyn komandasının isə Bakıya gəlməməsinin səbəbi başqadır. Belə ki, bu cırtdan Avropa ölkəsi əvvəlcə yarışlara bir idmançı ilə qatılmaq üçün müraciət etmişdi. Lakin sonradan həmin idmançı zədələndiyi üçün Lixtenşteyn Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürməli olub.

Qeyd edək ki, bu yarışda ölkəmiz də daxil olmaqla Avropanın 48 ölkəsindən təxminən 3600 idmançı mübarizə aparacaq.

Həmin 47 ölkə bunlardır: Albaniya, Almaniya, Andorra, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İsrail, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan.

/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 593 20.07.19 14:26