Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTO)

Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.

Kənd sakini 25 yaşlı Səfərov Mahir Nəbi oğlu ailəsi sevdiyi qıza elçi getmədiyinə görə özünü öldürüb.

Kənd sakinləri iddia edir ki, Səfərovlar ailəsi imkansız olduğundan, Mahirin Nügədi kəndindən sevdiyi qıza elçi getməyə razılıq verməyib. İntiharın səbəbi kimi də bu göstərilir.

Mahir intihar edəcəyi barədə əvvəlcə sevdiyi qıza məlumat verib. Qız oğlanın ailəsini bu barədə xəbərdar etsə də, artıq gec olub.

Mahirin ipdən asılı olan cansız bədənini öncə nənəsi aşkarlayıb.

Digər məlumata görə, Mahirin intihar edərkən istifadə etdiyi ipi dükandan aldığını çoxları görüb, lakin heç kim buna fikir verməyib.

Bu gün Mahirin üç mərasimidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Səfərov özünü qohumlarının evinin qarajında hündür yerdən asıb.



/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 901 20.07.19 14:20