Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun – FAYDALI MƏSLƏHƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |    

Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun – FAYDALI MƏSLƏHƏT

Qovrulmuş sarımsaq tərkibindəki minerallar və vitaminlər sayəsində immun sistemini gücləndirir. Orqanizmin zəifləməsindən yaranan xəstəlikləri tezliklə sağaldır. Saçların sağlamlığı üçün ən çox istifadə edilən bitkidir. İki diş sarımsaqla bədəni yeniləmək mümkündür.

6 diş sarımsaq yesəniz...

Median.Az medicina.az-a istinadən bildirir ki, qovrulmuş sarımsaq yedikdən sonra 1 saat ərzində orqanizm həzmə adaptasiya olur. Yediyiniz 6 diş sarımsaq yaxşıca həzm olacaq. Nəticədə bədən qidalanmış vəziyyətə gələcək. Bu zaman sərbəst radikallarla mübarizə başlayır. 4 saat müddətində bütün bədən sarımsağın faydalı maddələrini sovurmağa başlayacaq. Xüsusi ilə bu bitkinin anti-oksidant özəlliyi özünü sürətli şəkildə biruzə verər. Bu sayədə bədən bir çox xəstəliklərdən qorunmağa başlayacaq. Sarımsaq o qədər güclü anti-oksidantdır ki, yedikdən 5 saat sonra xərçəng hüceyrələri ilə belə güclü mübarizə aparır.

Yağ yandırmağa başlayır

4-6 saat arası: orqanizmdə faydalı maddələr nizam yaradır yağlar yandırılır. Təzyiq və xolesterin kimi bədənin balansda saxlanması lazım olan normaları qorunur. Artıq maye bədəndən xaric edilir.


6-7 saat arası: bədəndəki bakteriyalara qarşı güclü mübarizə aparır. Yorğunluq hissini aradan qaldırır.

7-24 saat arası: sarımsaq yedikdən 10 saatdan sonra daha böyük təsir gücünə yiyələnir. Belə ki, damarları tozsoran kimi təmizləyir, ürək-damar problemlərinə qarşı qoruyucu rol oynayır. Qan təzyiqini və buna bağlı olan bütün problemləri nizamda saxlayır. Xolestreni balansda saxlayır. Bədənin qorunma mexanizmini gücləndirir. Sümüklərin zəifləməsinin qarşısını alır. Sağlam hüceyrələrin ömrünü uzadır.

Hazırlanma qaydası
Gün ərzində 6 diş sarımsaq yeyin. iti bıçaqla baş hissəsini kəsin və bütöv formada bir qabın içinə qoyun. Birbaşa sobaya yerləşdirin. Rəngi dəyişənə kimi gözləyin, yumuşalmasına da diqqət edin. Bu qədər bəsit prosedurdan sonra soyuması üçün kənara qoyun. Daha sonra qabıqlarını soyub yeyə bilərsiniz.

Vacib qeyd: 24 saat ərzində bədəninizdə bütün bu sadaladığımız müsbət təsirləri görmək istəyirsinizsə, gün ərzində qidalanmanıza fikir verməlisiniz. Qovrulmuş sarımsaq yedikdən sonra, bol-bol su için. Təzə tərəvəz, meyvə və göyərti qəbul edin. Həmçinin asan həzm olunan, yüngül yeməklərə üstünlük verin. Şəkərli və duzlu məhsullardan o cümlədən emal olunmuş qidalardan uzaq olun!скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 536 19.07.19 13:34